Kreml Afrika Korpusuna 20 min muzdlu yığır - "Bloomberg"
Afrikada təsirini genişləndirmək istəyən Rusiya bütün qitədə "Vaqner” qruplaşmasının muzdlularını əvəz etmək üçün 20 min əsgər yığır.
Bu barədə Qaynarinfo "Bloomberg”ə istinadən xəbər verir.
Adolf Hitlerin ekspedisiya korpusunun adını daşıyan Afrika korpusu ilin ortalarına qədər Rusiya ilə dost olan ən azı beş ölkəyə - Burkina Faso, Liviya, Mali, Mərkəzi Afrika Respublikası və Nigerə yerləşdirmək üçün yeni əsgərlər və keçmiş "Vaqner” döyüşçülərini cəlb etmək niyyətindədir. Formal olaraq "Vaqner” qruplaşması Priqojinin ölümündən sonra dağılıb, lakin fəaliyyətini davam etdirir.
Rusiya Müdafiə Nazirliyinə yaxın bir mənbənin sözlərinə görə, Rusiyanın axtardığı muzdluları haradan tapacağı hələ bilinmir. "Vaqner”in ən qüdrətli dövrlərində Afrikadakı muzdlularının sayı bir neçə min nəfərdən çox olmatıb. Rusiya həmçinin bu il Ukraynada döyüşmək üçün ən azı 250 min əlavə əsgər cəlb etməyə çalışır.
Afrika korpusu Qərbin təsirinin kəskin şəkildə azaldığı bir vaxtda Moskva qitədə Soyuq müharibə dövründəki təsirini canlandırmaq üçün Müdafiə Nazirliyinin nəzarətində olan bazalar şəbəkəsi ilə Rusiyanın hərbi mövcudluğunu gücləndirəcək. Bu, həmçinin Kremlə "Vaqner”in Afrikadakı biznes şəbəkəsinə, o cümlədən Yevgeni Priqojinin potensial gəlirli mədən maraqlarına nəzarəti gücləndirməyə imkan verəcək.
Moskva bu işə kiçik addımlarla başlayıb. Ötən çərşənbə günü 100-ə yaxın rusiyalı əsgər 2022-ci ildə hərbi çevrilişlə hakimiyyəti ələ keçirən kapitan İbrahim Traorenin təhlükəsizliyini təmin etmək üçün Burkina Fasoya gəlib.
Lakin Kremlin iddialı planları var: Mərkəzi Afrika Respublikasında (MAR) regional qərargah tikmək. Bu ölkədə son 6 ildə "Vaqner” qruplaşması prezidentin adından qəddar kampaniya apararaq almaz və qızıl müqabilində milli təhlükəsizlik aparatına giriş əldə edə bilib.
"Hərbi baza tikiləcək. Bizim burada çoxlu kişilərimiz və çoxlu ruslar var. Biz onlara baza verməliyik", - Prezident Fosten-Arkanj Tuaderanın baş müşaviri Patrik Bida Kuayaqbele telefonla Bloomberg News-a deyib. Onun sözlərinə görə, bazanın dəqiq yeri "tam məxfidir” və hökumət hələ də bir neçə obyektin təhlilini aparır.
Kuayaqbele bildirib ki, Priqojinin ölümündən bir ay sonra - sentyabrdan bəri MAR-dakı Rusiya qoşunlarının sayı təxminən iki dəfə artaraq 2000-ə çatıb.
Moskva Mali, Niger və Burkina-Fasoda hərbi çevrilişlər və islamçı üsyanlar nəticəsində Qərbi Afrikada sabitliyin pozulmasından faydalanıb.
Sentyabr ayında üç Sahel ölkəsi və Rusiya qarşılıqlı müdafiə paktı imzalayıb. Keçən həftə Nigerin qonşusu, hazırda Saheldə Qərb təsirinin son qalası hesab olunan Çadın hərbi lideri, təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə etmək üçün Putinlə Moskvada görüşüb.
ABŞ Dövlət Departamentinin Afrika üzrə yüksək səviyyəli rəsmisi Molli Fi Rusiyanın ABŞ-ın böyük PUA bazasına malik olduğu Nigerdə hərbi varlığa dair razılığa gələ biləcəyindən narahatlığını ifadə edib. Ölkənin yeni hərbi xuntası keçən il fransız qoşunlarını ölkədən çıxarıb və faktiki olaraq Fransa səfirliyini bağlamağa məcbur edib.
"Əgər onlar Rusiya kimi ölkələrlə tərəfdaşlıq etməyi seçsələr, bu, çox çətin olacaq. Ümid edirik ki, onlar düzgün qərar verəcəklər”, - Fi yanvarın 18-də bildirib.
"Vaqner”in Afrika və Yaxın Şərqdəki fəaliyyətinə cavabdeh olan Rusiya müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov dekabrın əvvəlində Nigerə səfər edib. Bu ay ölkənin Baş naziri danışıqlar aparmaq və Kremllə yeni müdafiə sazişi imzalamaq üçün Moskvaya gəlib.
Noyabrda Mali ordusu Rusiya hərbçilərinin köməyi ilə on ildən artıq üsyançıların əlində olan strateji Kidal şəhərini geri alıb. Adının açıqlanmasını istəməyən iki Qərb rəsmisi bildirib ki, digər ölkələrdə olduğu kimi, Malidə də "Vaqner” muzdluları yavaş-yavaş (tam olmasa da) nizami ordu qüvvələri ilə əvəzlənir.
Səlahiyyətlilər bildiriblər ki, Afrika korpusunun rejimlərə dəstək rolu ilə yanaşı, "Vaqner”in fəaliyyətini davam etdirərək Ukraynadakı müharibəni maliyyələşdirmək üçün xammal çıxarmağa davam etdirəcəyi gözlənilir.
456 dəfə oxundu