Ceff Bezos “Amazon”un 2 milyard dollar dəyərində səhmlərini satıb

Ceff Bezos “Amazon”un 2 milyard dollar dəyərində səhmlərini satıb
“Amazon”un qurucusu Ceff Bezos şirkətin təxminən 2 milyard dollar dəyərində səhmlərini satıb.

"Report" xəbər verir ki, bu barədə “Forbes” jurnalı yazıb.

Bildirilib ki, Bezos fevralın 7 və 8-də 12 milyona yaxın səhm satıb. Hazırda sərvəti 196 milyard dollar olaraq qiymətləndirilən dünyanın ən varlı adamlarından biri iki ildən artıq müddətdə ilk dəfə aktivlərini satıb. Qeyd olunur ki, Bezos bu həftə səhmlərinin təqribən 1 faizi ilə ayrılıb.

Bezosun təxminən iki il əvvəl “Amazon”un rəhbəri postunu tərk etməsinə baxmayaraq, o, direktorlar şurasında qalıb. Ceff Bezos, həmçinin “Amazon”un 9,4 faizinə sahib olmaqla şirkətin ən böyük səhmdarıdır.

Bezos “Forbes”in milyarderlər siyahısında üçüncü yeri tutur, yalnız “SpaceX” və “Tesla”nın qurucusu İlon Mask (201,6 milyard dollar) və LVMH (Louis Vuitton Moet Hennessy) qrupunun prezidenti Bernard Arnaultdan (219,2 milyard dollar) geri qalır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
445 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...