ABŞ husilərin raket və PUA-larına zərbələr endirib

ABŞ husilərin raket və PUA-larına zərbələr endirib
ABŞ qüvvələri husilərin gəmi əleyhinə qanadlı raketləri və pilotsuz uçuş aparatlarına (PUA) zərbələr endirib.

“Report” xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, CENTCOM qüvvələri fevralın 14-də Yəmənin husilərin nəzarətində olan ərazilərində 7 gəmi əleyhinə qanadlı raket, 3 PUA-ya qarşı özünümüdafiə məqsədilə 4 hava hücumu həyata keçirib.

Qeyd edilib ki, husilər Qırmızı dənizdə gəmilərə hücum etmək üçün raket və PUA-lardan istifadə etməyi planlaşdırıblar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
398 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...