“ABŞ gələn il Ermənistana 52 milyon dollar ayırmaq istəyir”

“ABŞ gələn il Ermənistana 52 milyon dollar ayırmaq istəyir”
“Amerika administrasiyası 2025-ci maliyyə ilində Ermənistanda iqtisadiyyat və demokratiyanın davamlılığını gücləndirmək proqramları üçün 52 milyon dollar ayırmağı gözləyir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinə daxil olan Beynəlxalq İnkişaf Agentliyinin (AİD) birinci müavini Paloma Adams-Allen bildirib.
“Ermənistanla bağlı sualınıza cavab verim. Büdcədə 52 milyon dollar nəzərdə tutulub”, - Allen bildirib.
Adams-Allendən Ermənistanda xarici yardım proqramlarına planlaşdırılan xərclərin səviyyəsini şərh etməsi istənilib. Vaşinqtonun fikrincə, bu proqramlar iqtisadiyyat və demokratiyanın davamlılığını gücləndirməyə yönəlib.
Qeyd edək ki, Ağ Ev bir neçə saat əvvəl açıqlayıb və 2025-ci maliyyə ili üçün federal büdcə layihəsini ABŞ Konqresinə göndərib. Bu sənəd ümumi xərcləri 7,266 trilyon dollar, gəlirləri isə 5,485 trilyon dollar təşkil edib.
Xatırladaq ki, ABŞ-də növbəti maliyyə ili 1 oktyabr 2024-cü ildə başlayacaq və 30 sentyabr 2025-ci ildə başa çatacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
426 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...