Ukraynanın Baş naziri: Rusiya qalib gələrsə, Üçüncü Dünya müharibəsi başlayacaq

Ukraynanın Baş naziri: Rusiya qalib gələrsə, Üçüncü Dünya müharibəsi başlayacaq
Ukrayna Rusiya ilə müharibədə məğlub olarsa, Üçüncü Dünya müharibəsi başlayacaq.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denıs Şmıhal BBC-yə müsahibəsində söyləyib.

Şmıhal amerikalı qanunvericilərin Kiyevə 60 milyard dollardan çox vəsaitin ayrılmasını nəzərdə tutan qanun layihəsini qəbul edəcəklərinə (səsvermə aprelin 20-də baş tutacaq – red.) dair ehtiyatlı nikbinliyini bildirib.

“Bizə bu pul dünən lazımdır, sabah yox, bu gün yox”, – Baş nazir vurğulayıb.

“Ukrayna uduzsa... Qlobal, dünya təhlükəsizlik sistemi məhv olacaq və bütün dünya yeni təhlükəsizlik sistemi axtarmalı olacaq. Çoxlu münaqişələr, çoxlu belə müharibələr olacaq və bu, sonda Üçüncü Dünya müharibəsinə gətirib çıxara bilər”, – Şmıhal əlavə edib.

Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Üçüncü Dünya müharibəsi ilə bağlı xəbərdarlıq etmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
402 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...