Bayden: “Sənəd masama qoyulan kimi onu imzalayacağam”

Bayden: “Sənəd masama qoyulan kimi onu imzalayacağam”
ABŞ Prezidenti Co Bayden Konqres tərəfindən təsdiqlənmiş Ukraynaya hərbi yardım haqqında qanun layihəsi paketini dərhal imzalayacaq.

Bu barədə Birləşmiş Ştatlar prezidentinin Ağ Evin rəsmi saytında dərc olunan açıqlamasında qeyd olunub.

“Sabah qanun layihəsi masama qoyulan kimi onu imzalayıb Amerika xalqına müraciət edəcəyəm ki, bu həftə Ukraynaya silah və texnika göndərməyə başlayaq”, - deyə C.Baydenin açıqlamasında bildirilib.

Qeyd olunub ki, aprelin 20-də qanun layihəsi ABŞ Konqresinin Nümayəndələr Palatasında, ötən gün isə Senatda dəstəklənib.
Qanun layihəsi ABŞ-nin Ukrayna, İsrail və Tayvana 95 milyard dollarlıq yardım paketini nəzərdə tutur.

Mənbə: Whitehouse.gov



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
361 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...