Lukaşenko ehtiyatda olan zabitləri orduya ÇAĞIRDI

Lukaşenko ehtiyatda olan zabitləri orduya
Belarus Prezidenti Aleksandr Lukaşenko ehtiyatda olan zabitlərin hərbi xidmətə planlı çağırılması haqqında fərman imzalayıb.

Redaktor.az BelTA-ya istinadla xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, sənəd 2024-cü ildə 27 yaşına çatmamış hərbi kafedra və ya fakültələrdə müvafiq ehtiyatda olan zabit hazırlığı proqramları üzrə hazırlığı başa vurmuş, zabit hərbi rütbəsinə malik olan və ehtiyata buraxılan kişi vətəndaşların silahlı qüvvələrə və sərhəd xidməti orqanlarına hərbi xidmətə çağırılmasını nəzərdə tutur.

Bildirilir ki, fərmanda nəzərdə tutulan tədbirlər Belarus Silahlı Qüvvələri tərəfindən hər il planlı şəkildə həyata keçirilir. Vurğulanır ki, sənədin icrası “silahlı qüvvələrdə və sərhəd xidməti orqanlarında ilkin hərbi zabit vəzifələrinin ştatla təminatı səviyyəsini yüksəltməyə, səfərbərlik ehtiyatının hazırlanmasını təmin etməyə imkan verəcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
423 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...