ABŞ husilərə məxsus PUA-nı zərərsizləşdirib

ABŞ husilərə məxsus PUA-nı zərərsizləşdirib
ABŞ ordusu husilərin Qırmızı dənizdə ona məxsus “USS Philippine Sea” və “USS Laboon” gəmilərinə doğru buraxdığı pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.

“Report” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, husilər həmçinin Malta bayrağı altında üzən Yunanıstanın “Cyclades” gəmisinə üç ballistik raket və üç PUA ilə hücum ediblər. Amma gəmi və ekipaj üzvləri xəsarət almayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
386 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...