Baqrat Qalstanyanın mitinqində iştirak edənlərə 13 dollar verilib – Səs yazısı

Baqrat Qalstanyanın mitinqində iştirak edənlərə 13 dollar verilib –
Ermənistanda “Vətən naminə Tavuş” hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyanın təşkil etdiyi etiraz aksiyalarında iştirak etmək üçün vətəndaşlara pul verilib.
Yeniavaz.com “Armtimes” portalına istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan İstintaq Komitəsi yayıb.

Bildirilir ki, Ermənistanın hüquq-mühafizə orqanları mitinq iştirakçısı olan 2 nəfərin telefon danışığını əldə edib. Telefon danışığından məlum olub ki, etiraz aksiyalarına daha çox insan cəlb etmək üçün onlara pul verilir.
Bildirilir ki, may ayında İrəvanda təşkil olunan mitinqlərin birində 4 nəfərin iştirakı üçün onların hər birinə 5 min dram (13 dollar) verilib.
Qeyd olunur ki, məsələ ilə bağlı Ermənistan İstintaq Komitəsi Cinayət Məcəlləsinin 236-cı maddəsinin 2-ci hissəsi ilə cinayət işi başladıb. İbtidai istintaq çərçivəsində bir sıra zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib, o cümlədən axtarışlar aparılıb, nəticədə istintaqı maraqlandıran əşyalar, o cümlədən qrafalarda yazılan şəxslərin adları, qeyd dəftərləri aşkar edilib.
İstintaq zamanı əldə edilən faktlar əsasında adı açılanmayan 29 yaşlı şəxs həbs olunub.
Onu da bildirək ki, Ermənistan İstintaq Komitəsi həbs olunan şəxsin səs yazısını da yayıb.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
434 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...