Tiflisin bu hərəkətləri məni məyus edir - Bayden

Tiflisin bu hərəkətləri məni məyus edir -
ABŞ Prezidenti Co Bayden Gürcüstanda “xarici agentlər” haqqında qanunun qəbulu fonunda Tiflis hakimiyyətinin demokratiya prinsiplərinə zidd hərəkətlərindən məyus olduğunu bildirib.

Axar.az xəbər verir ki, o, bu barədə Gürcüstan lideri Salome Zurabaşviliyə məktubunda deyib.

“Avroatlantik istəklərini ifadə etməkdə davam edən gürcü xalqının iradəsini vurğulamaq istərdim. Gürcüstan hökumətinin antidemokratik hərəkətləri məni məyus edir, buna misal olaraq “xarici agentlər” haqqında qanunu göstərmək olar”, - Bayden qeyd edib.

ABŞ lideri sözügedən qanunu “Kreml üslubunda” qəbul edilmiş qanun adlandırıb, eyni zamanda yüksək vəzifəli Gürcüstan rəsmilərinin yalan bəyanatlarını tənqid edib.

Baydenin sözlərinə görə, Tiflislə Vaşinqton münasibətlərin soyumasına baxmayaraq, ABŞ Gürcüstanın Avropa və Atlantik inteqrasiyasına sadiq qalır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
262 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...