Kremlin şok planı: Rusiya Kurskun qisasını bu cür alacaq

Kremlin şok planı: Rusiya Kurskun qisasını bu cür alacaq
Kiyev Kursk bölgəsinə hücumlara cavab olaraq rus qoşunlarından güclü zərbə gözləyir.

KONKRET.az xəbər verir ki,bu barədə “The Times” qəzeti yazır.

Nəşrin Ukrayna komandanlığındakı mənbələrinə görə, Rusiya Kiyev ərazisindəki hədəflərə, o cümlədən hökumət binalarına zərbələr endirə bilər. Ukrayna tərəfi Rusiya Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumlara cavab olaraq “yüzlərlə raket” atacağını gözləyir.

“Rusiya dünyaya hər şeyə qadir olduğunu göstərmək üçün sərt cavab verməyə ehtiyac duyur. Kurska hücum cəzasız qalmayacaq”, – nəşr qeyd edir.

Xatırladaq ki, avqustun 6-dan Kursk vilayətinin sərhədləri yaxınlığında Ukrayna Silahlı Qüvvələri ilə Rusiya ordusu arasında şiddətli döyüşlər gedir.
/Publika.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
216 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...