Joxovurd: Ermənistanda hakim partiya öz sıralarını təmizləməyə başlayıb
Dünən Ermənistanın baş naziri Nikol Paşinyan hakim “Vətəndaş sazişi” partiyasının İdarə Heyətinin iclasına “gedərkən” İrəvanın Sayat Nova prospekti tamamilə iflic olub.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb. “Mənbələrimiz bildirir ki, 2026-cı il parlament seçkilərində qələbəni təmin etmək üçün hakim partiyada artıq sıraların “təmizlənməsi” başlayıb. Qeyd edək ki, Nikol Paşinyan məzuniyyətdə olduğu üçün bir neçə həftədir ki, partiyanın Siyasi Şurasının iclasları keçirilmir. Dünən hakim partiya iclasın baş tutduğunu və İdarə Heyətinin sədri Nikol Paşinyanın sədrlik etdiyini açıqlayıb.
Mənbələrimizin bildirdiyinə görə, Paşinyan bölgələrdə və inzibati rayonlarda səlahiyyətdən istifadə edən və onlara verilən tapşırıqları pozmayacaq adamları istəyir. Nazirlər Kabinetinin rəhbərinin mütəmadi olaraq bölgələrə, paytaxtın müxtəlif inzibati rayonlarına səfər etməsinin başqa səbəbi də budur. Yaxın vaxtlarda hakim partiyanın bölgələrdəki rəhbərləri də dəyişdiriləcək”,-deyə qəzet yazıb.
228 dəfə oxundu