Ərdoğan CHP-li vəkili məhkəməyə verdi – Təzminat tələb edir

  Ərdoğan CHP-li vəkili məhkəməyə verdi –
“Prezidentimizi hədəf alan əsassız və bayağı açıqlamalarına görə CHP-nin (Cümhuriyyət Xalq Partiyası – red.) İzmirdən olan millət vəkili Tuncay Özkan barəsində məhkəmə iddiası qaldırılıb və 250 min lirə (12 500 manat – red.) mənəvi təzminat tələb olunur”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vəkili Hüseyn Aydın sosial şəbəkə hesabında məlumat yayıb.
Aydın bildirib ki, Özkana qarşı Ankara Respublika Baş Prokurorluğuna “prezidenti təhqir etmək” ittihamı ilə də şikayət təqdim edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
297 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...