“Rusiyada koronavirusa qarşı peyvənd könüllü olacaq”- Nazir

“Rusiyada koronavirusa qarşı peyvənd könüllü olacaq”-


“Yeni növ koronavirusa qarşı peyvənd könüllü olacaq”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın Səhiyyə naziri Mixail Muraşko bu gün keçirdiyi brifinqdə deyib.

“Tibb işçiləri də könüllü peyvənd olunacaqlar”, - deyə nazir vurğulayıb.

M. Muraşko qeyd edib ki, bütün hallarda peyvəndlənmə könüllü olacaq.

Qeyd edək ki, avqustun 11-də Rusiyada dünyada ilk dəfə olaraq COVID-19 infeksiyasına qarşı peyvənd qeydiyyatdan keçib. Sputnik-V adını alan peyvənd Rusiyanın Hamaley adına epidemiologiya və mikrobiologiya Mərkəzi tərəfindən hazırlanıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
623 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...