Böyük Britaniya iqtisadiyyatında 11 ildən sonra ilk tənəzzül

Böyük Britaniya iqtisadiyyatında 11 ildən sonra ilk tənəzzül


Böyük Britaniya iqtisadiyyatı tarixinin ən böyük iqtisadi tənəzzülünü aprel-iyun aylarında yaşayıb.

BBC xəbər verir ki, ölkədə koronavirusun yayılmasının qarşısını almaq üçün görülən tədbirlər rəsmi olaraq tənəzzülə yol açıb.

Britaniya iqtisadiyyatı ilin ilk üç ayı ilə müqayisədə, 20,4 faiz kiçilib.

Mağazalar bağlanmaq məcburiyyətində qaldıqca ev xərcləri kəskin şəkildə azalıb, fabriklərdə və tikinti sahələrində istehsalda da azalma müşahidə olunur. Məhdudiyyətlərdən ən çox hotel sektorunun zərər çəkdiyi vurğulanır.

Bu, ölkənin 2009-cu ildən bəri ilk texniki tənəzzülüdür.

Britaniya Milli Statistika İdarəsi (ONS) hökumətin qadağaları və məhdudlaşdırmaları yüngülləşməyə başladığı üçün iyun ayında iqtisadiyyatın yenidən inkişaf etməyə başladığını bildirib.

“Buna baxmayaraq, iyun ayında ümumi daxili məhsul virus yayılmazdan əvvəl, fevral ayındakından altı səviyyə aşağıdır”, - məlumatda qeyd edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
608 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...