Putin Lukaşenko ilə görüşməyə tələsmir

Putin Lukaşenko ilə görüşməyə tələsmir

Rusiya Prezidenti Vladimir Putinin qrafikində 6-cı dəfə Belarusun Prezidenti seçilmiş Aleksandr Lukaşenko ilə görüş yoxdur.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, seçkisonrası görüşün hazırda planlaşdırılmamasını rəsmi Kreml açıqlayıb.

Qeyd edək ki, daha öncə xarici mətbuatda A.Lukaşenkonun Rusiya rəhbəri ilə görüş üçün paytaxt Moskvaya uçduğu barədə məlumatlar yayılmışdı.

Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə, ilkin nəticələrə görə, hazırkı prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub. Bunun sonucunda ölkənin bir sıra bölgələrində kütləvi dinc etirazlar başlayıb. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə minlərlə insanın saxlanıldığı, 1 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir. Müxalifətdən olan A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya güc strukturlarına üz tutaraq xalqa qarşı güc tətbiq etməməyə çağırıb. Etirazlar fonunda ölkənin MSK sədri Lidiya Yermoşına Hökumət evindən təxliyə edilib. Seçkilərdən 2 gün sonra S.Tixanovskaya təhlükəsizlik məqsədilə ölkəni tərk edərək Litvaya üz tutub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
602 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...