Yaponiyada dəhşətli isti can aldı: Minlərlə insan xəstəxanalara yerləşdirildi

Yaponiyada dəhşətli isti can aldı:


Yaponiyada son bir həftə ərzində şiddətlənən isti hava on insanın ölümünə səbəb olub.

“RİA Novosti” xəbər verir ki, isti hava nəticəsində yeddi min insan xəstəxanalara yerləşdirilib.

Ölkənin bütün ərazisində temperatur 36 dərəcə təşkil edib.

Avqustun 11-də bu ilin temperatur rekordu havanın 40 dərəcəyə qədər qalxdığı Qumma prefekturasında qeydə alınıb.

Sinoptiklər bədbin proqnoz verirlər: yaxın günlərdə meteoroloji vəziyyət dəyişməyəcək.

Səlahiyyətlilər yerli sakinlərdən vacib olmadığı halda evdən çıxmamağı, çoxlu maye qəbul etməyi və digər insanlarla aralarında olan məsafə iki metrdən çox olduqda küçədə qoruyucu maskadan istifadə etməməyi istəyiblər.

Günvurma zamanı təcili xəstəxanaya getməyin lazım olduğu vurğulanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
625 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...