Rusiyada doğum günündə istirahət hüququ verilə bilər

Rusiyada doğum günündə istirahət hüququ verilə bilər
Rusiyanın Dövlət Duması doğum günü olan əməkdaşlara istirahət verilməsi məsələsini payız sessiyasında müzakirə edə bilərlər.

Bu barədə Unikal.org “Moskva” agentliyinə istinadən xəbər verir.

“Bilirik ki, sahibkar anlaşıqlıq göstərərək işçilərini doğum günündə ya evə erkən buraxır, ya da ümumiyyətlə istirahət verirlər. Belə bir hüququn qanunvericilik səviyyəsində bərkidilməsini müzakirə etmək olar”, - deyə parlamentin aşağı palatasının əmək, sosial siyasət və veteranların işləri üzrə Komitəsinin üzvü, Həmkarlar İttifaqının sədri Sergey Vostretsov bildirib.

O əlavə edib ki, qanunvericilik səviyyəsində belə bir hüququn verilməsi sahibkarın işçiyə güzəştə getmək istəmədiyi hallar üçün labüddür.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
652 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...