Ukraynanın rusdilli məktəbləri rus dilindən İMTİNA ETDİLƏR

Ukraynanın rusdilli məktəbləri rus dilindən

Ukraynada rusdilli məktəblər Ukrayna dilində tədrisə keçiblər.

Sentyabrın 1-də ölkədə “Tam ümumi orta təhsil haqqında” qanun qüvvəyə minib və bu qanuna əsasən, bütün rusdilli məktəblər Ukrayna dilində tədrisə keçiblər.

Modern.az xəbər verir ki, yanvarın 16-da Ali Rada tərəfindən qəbul edilən sənəddə dilləri Avropa Birliyində (AB) rəsmi şəkildə qəbul edilməyən milli azlıqların nümayəndələri ibtidai siniflərdə ana dilində təhsil alacaq, Ukrayna dilini isə fənn olaraq öyrənəcəklər. Bununla yanaşı, 5-dən 11-ci (12-ci) sinfə qədər təhsil müddətinin ən azı 80%-i Ukrayna dilində tədris olunacaq. Bu kateqoriyaya rusdilli ailələrin üzvləri də daxildir.

Dilləri AB-də rəsmi olaraq qəbul edilən milli azlıqlar da ibtidai təhsillərini ana dillərində alacaqlar. Getdikcə isə tədris prosesində Ukrayna dili hər il 60%-ə qədər artırılacaq. Belə təhsil forması, əsasən, macar məktəblilərinə aid ediləcək.

Öz dövləti olmayan və öz doğma dili əhatəsində yaşamayan yerli xalqlar isə bütün fənnləri ana dilində keçəcək, paralel olaraq Ukrayna dilini də öyrənəcəklər. Bu metod isə Krım tatarlarına aid ediləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
756 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...