Tbilisidəki “Şuşa”nı da itirmişik - erməni hiyləsinin gizli izləri
Bu məsələdə Şuşa şəhərinin sahibi kimi Azərbaycan tərəfi vaxt itirmədən təşəbbüs göstərərək tarixi yaddaşına ehtiram nümayiş etdirməlidir
Azərbaycanla bağlı küçə adlarının Tbilisinin toponimikasını zənginləşdirdiyi məlumdur. Gürcüstan paytaxtının etnik müxtəlifliyini əks etdirən həmin adların bir neçəsi Tbilisinin özünəməxsus tarixi abidələri kimi bu gün də yaşayır, bəziləri isə müxtəlif səbəblərdən və dövrlərdə dəyişdirilib. Şəhərdə tarixə qovuşan Azərbaycan mənşəli bir toponim də var – “Şuşa”. Tarixi və qədim şəhərimiz, 28 ildir erməni işğalı altında olan Şuşanın adını vaxtilə daşıyan Tbilisi küçəsinin maraqlı və eyni zamanda müəmmalı tarixçəsi var.
“Report”un Gürcüstan bürosu həmin küçə ilə bağlı ətraflı araşdırma aparıb və bir sıra maraqlı məqamlar üzə çıxarıb.
Tarixi mənbələr
Tbilisinin Krtsanisi rayonunda yerləşən keçmiş Şuşa küçəsi 1995-ci ildən Gürcüstanın Oni şəhərində doğulan yəhudi əsilli şair, nasir və dramaturq Qertsel Baazovun adını daşıyır. Küçənin yerləşdiyi ərazi vaxtilə Xarpux məhəlləsi adlanıb.
2008-ci ildə nəşr edilən İrakli Abaşidzenin müəllifi olduğu “Tbilisi – Küçələr, prospektlər və meydanlar” adlı kitabda küçə barədə yazılıb:
“Qertsel Baazov küçəsi – Tbilisinin köhnə rayonunda (Xarpux), İoseb Qrişaşvili küçəsindən dağın yamacınadək uzanır. Küçə XIX əsrdə salınıb. 1903-cü ildə Tbilisi Şurası tərəfindən küçələrin siyahısına Şuşi küçəsi kimi daxil edilib, bu adla küçələrin 1922 və 1934-cü illərdəki planlarında da qeyd olunub. 1960-cı ilin küçələrin soraq kitabçasında Şuşina küçəsi kimi göstərilib. 1995-ci ildə Baazov küçəsi adlandırılıb.
Şuşa Azərbaycanda şəhərdir. Qədim feodal dövründə Şuşa, yəni Qarabağ xanlığı mövcud olub. 1813-cü ilin Gülüstan müqaviləsinə əsasən İran xanlığı Rusiyaya verib”.
Küçənin adı tərcüməçi-jurnalist, tədqiqatçı Mirzə Məmmədoğlunun 2009-cu ildə işıq üzü görən “Qədim Tiflis” kitabında da keçir: “Xıdır Nəbi məbədi Xarpux məhəlləsinə yaxın, Sup Sarkis küçəsində, indiki Qrişaşvili küçəsinin başlanğıcında, Şuşa küçəsinin kəsişdiyi yerdə yerləşirdi”.
Qarabağlıların küçəsi
M.Məmmədoğlu ilə söhbət zamanı küçənin adının tarixçəsi barədə əlavə məlumat da əldə etdik. Araşdırmaçının sözlərinə görə, küçəyə Şuşa adının verilməsi təsadüfi olmayıb, belə ki, orada vaxtilə Qarabağ və Şuşadan köçənlər yaşayıb.
Xarpux məhəlləsində Qarabağdan olan azərbaycanlıların yaşadığını başqa bir mənbə, daha dəqiq desək, Tbilisidə anadan olan Azərbaycanın görkəmli müğənnisi Rəşid Behbudovun 1988-ci ildə “Veçerni Tbilisi” qəzetinə verdiyi müsahibə də sübut edir. “Gürcüstanı unutmaq – özümü unutmaq deməkdir” başlıqlı müsahibədə R.Behbudov Tbilisi haqqında xatirələrini bölüşüb: “Tbilisidə böyümüşəm. Vaxtilə iki faytonun qarşılaşa bilmədiyi Xarpuxun kiçik küçələri mənə dünyanın ən geniş prospektlərindən daha əzizdir.... Əslən Qarabağdan olan atam Məcid Behbudov muğamların tanınan ifaçısı – xanəndə olub. Yaxşı yadımdadır, o zaman Peskidə yaşadığımız evə böyük insan kütləsi toplaşardı. İfa saatlarla davam edirdi, atamı qonşularımız saatlarla dinləyərdi”.
Şuşa küçəsinin adına tarix üzrə elmlər doktoru Fəxri Valehoğlunun 2013-cü ildə nəşr olunan “Tiflis quberniyasinda azərbaycanlılara qarşı 1905-ci il kütləvi qırğınları” adlı monoqrafik tədqiqatında da bir neçə dəfə toxunulub: “Şuşa küçəsində (Şeytanbazar məhəlləsi) Xarazovun evi xuliqanlar tərəfindən qarət olunur”.
Monoqrafiyanın “Tiflisin bəzi küçə, prospekt və meydanlarının XX əsrin əvvəllərindəki və indiki adları” hissəsində “Şuşa küç. – Qertsel Baazov küç.” sözləri yer alıb.
"Şuşa"nın dəyişdirilməsində gizli məqamlar və şübhələr
Araşdırma zamanı küçədə yaşayan sakinlərlə söhbət zamanı gizli məqamlar ortaya çıxıb. Sakinlər arasında müxtəlif millətlərin nümayəndələri ilə yanaşı azərbaycanlılar da var. Qəribəsi odur ki, onlar üçün küçənin adı Şuşa deyil, Şuşinskidir. Sakinlər toponimi Azərbaycanın mahir muğam ifaçısı Xan Şuşinskinin adı ilə əlaqələndirirlər. Onların sözlərinə görə, bu tarixçəni onlara nənə-babaları nəql edib. Söhbət zamanı məlum olur ki, küçə elə indi də Şuşinski adı ilə daha çox tanınır. Taksi sürücüləri belə Qertsel Baazov küçəsini tanımırlar, Şuşinski deyən kimi hansı küçədən söhbət getdiyini dərhal bilirlər. Bu adın qeyri-rəsmi olduğu məlum olur.
Sakinlər küçənin adının dəyişdirilməsi ilə bağlı maraqlı detallar açıqlayıblar. Onların sözlərinə görə, bu, Tbilisidə yaşayan yəhudilərin təşəbbüsü ilə həyata keçirilib. Bəziləri iddia edirlər ki, küçəyə Qertsel Baazovun adının verilməsi yəhudi əsilli imkanlı iş adamlarının şəxsi təşəbbüsü və hesablarına mümkün olub. Küçədə hətta şairə həsr olunan xatirə lövhəsi də vurulub, lakin sonradan götürülüb. Qonşulardan biri həmin lövhəni şəxsi istifadəsi üçün divardan söküb.
Araşdırmadan da məlum olduğu kimi, Tbilisidə Şuşa küçəsinin adı yerli sakinlərin xəbəri olmadan, səssiz-səmirsiz, böyük ehtimal ki, müvafiq prosedurlara əməl olunmadan dəyişdirilib. Bu prosesin Şuşanın Ermənistan silahlı birləşmələri tərəfindən işğalından 3 il sonra baş verməsi də ciddi şübhə doğurur. Belə ki, küçə və digər məkanlara şəxslərin adlarının verilməsi adətən onların ya doğum, ya da vəfatı ilə bağlı yubiley tarixə həsr olunur. Lakin 1995-ci il Qertsel Baazovla (1904-1938) bağlı bu cür tarixlə yadda qalmayıb, yəni həmin il şairin nə doğum, nə də ölüm ildönümüdür. “Şuşa” adının dəyişdirilməsinin arxasında tarixi keçmişin unutdurulması və Azərbaycan həqiqətlərinin qəsdən saxtalaşdırılması kimi məkirli niyyətin başqasının əli ilə həyata keçirildiyinin dayandığını göstərir.
“Şuşa”dan nişanə və ümidə işarə
Tbilisidəki “Şuşa”dan bir nişanə bu gün də qalıb. Küçə ilə addımlayarkən ağac gövdəsində üzərində “Şuşinis k. 9 ” yazılan köhnə lövhəciyə rast gəlmək mümkündür. Burada 9 rəqəminin simvolik mənasına da toxunmaq yerinə düşər. Belə ki, klassik numeralogiyada bu rəqəmin ifadə etdiyi mənalardan biri ölüm və yenidən doğuluşdur. Gürcüstan paytaxtındakı “Şuşa” “ölsə” də, “yenidən doğulmaq” şansı var. 9 nömrəli köhnə lövhəcik də sanki məhz buna işarə etmək üçün asılı qalıb.
25 ildir Qertsel Baazov adlanan küçəyə bundan sonra “Şuşa” adını geri qaytarmaq qeyri-mümkün kimi görünür. Lakin küçədə tarixi toponimi bildirən və Şuşa haqqında məlumatlandırıcı lövhə quraşdırmaq olar. Bu məsələdə Şuşa şəhərinin sahibi kimi Azərbaycan tərəfi vaxt itirmədən təşəbbüs göstərərək tarixi yaddaşına ehtiram nümayiş etdirməlidir. Əzəli torpağımız olan Şuşaya mütləq qayıdacağımız kimi, Tbilisidəki “Şuşa”nın adını da yaşatmalıyıq.
1 119 dəfə oxundu