Donald Tramp Nobel Sülh Mükafatına namizəd göstərilib

Donald Tramp Nobel Sülh Mükafatına namizəd göstərilib

ABŞ Prezidenti Donald Tramp Nobel Sülh Mükafatına namizəd göstərilib.
APA-nın xəbərinə görə, bu barədə "Fox News" məlumat yayıb.

Donald Tramp İsrail və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında münasibətlərin normallaşdırlmasında göstərdiyi səylərə görə namizəd göstərilib.
Onun namizədliyi Norveç Parlamentinin üzvü və NATO Parlament Assambleyasının sədri Kristian Tybring-Gjedde tərəfindən təqdim olunub.
Norveçli parlamentari 2018-ci ildə də Şimali Koreya liderinin qatıldığı Sinqapur zirvəsinin təşkilinə görə Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini təqdim etmişdi.
O, "Fox News"a açıqlamasında qeyd edib ki, D. Trampın digər Sülh Mükafatı namizədlərindən daha çox xalqlar arasında barışıq yaratmağa çalışdığını düşünür.
Nobel Komitəsinə namizədlik məktubunda İsrail-BƏƏ razılaşmasından əlavə Donald Trampın "ziddiyyətli tərəflər (Hindistan və Pakistan arasındakı Kəşmir mübahisəsi, Şimali və Cənubi Koreya arasındakı qarşıdurma) arasında təmasın asanlaşdırılmasında əsas rolu" qeyd olunub.
NATO Parlament Assambleyasının sədri bildirib ki, bununla belə o, Prezident Trampın tərəfdarı deyil.
"Komitə bəzən davranış tərzinə deyil, həqiqətlərə baxmalı və faktlara görə qiymətləndirmə aparmalıdır. Son illərdə Nobel Sülh Mükafatı alan insanlar Donald Trampdan daha az iş görüblər. Məsələn, Barak Obama heç bir şey etməmişdi", deyə norveçli parlamentari bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
658 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...