Moldovanın yeni prezidenti Ukraynaya avtomobillə səfər edəcək
Moldovanın qərbyönümlü mövqeyi ilə seçilən yeni prezidenti Maya Sandu ilk rəsmi səfərini bu gün Ukraynaya edəcək.
“Report” xəbər verir ki, bunu dövlət başçısının Mətbuat xidməti açıqlayıb.
Səfərlə bağlı Ukrayna Prezidentinin ofisi də məlumat yayıb. Bildirilib ki, Kiyevə səfəri zamanı M.Sandu ukraynalı həmkarı Vladimir Zelenski ilə danışıqlar aparacaq. Tərəflər bir sıra ikitərəfli sənədlər imzalayacaqlar.
Səfər çərçivəsində iki ölkənin nümayəndə heyətlərinin geniş tərkibli görüşü olacaq. M.Sandu ilə Ukraynanın parlament və hökumət rəhbərləri arasında danışıqlar aparılması nəzərdə tutulur.
Məlumata görə, Kişinev ilə Kiyev arasındakı 500 km məsafəyə baxmayaraq, M.Sandu səfərə avtomobillə gedəcək. Bu qərar beynəlxalq reyslərin olmadığı zamanda ən qənaətcil və səmərəli yol olması ilə əlaqələndirilib.
Qeyd edək ki, bu, Moldova prezidentinin 2015-ci ildən bəri Ukraynaya ilk rəsmi səfəridir. Sonuncu dəfə Kiyevdəki görüş dönəmin Ukrayna prezidenti Pyotr Poroşenko və Moldovanın dövlət başçısı Nikolay Timofti arasında olub. Rusiya ilə sıx əməkdaşlığın tərəfdarı olan Moldovanın sabiq prezidenti İqor Dodon isə Ukraynaya rəsmi səfər etməyib.
Xatırladaq ki, Hərəkat və Həmrəylik Partiyasının rəhbəri, keçmiş baş nazir və Avropa İttifaqı üzlüyünün tərəfdarı Maya Sandu noyabrın 15-də keçirilən prezident seçkilərinin ikinci mərhələsində 57,75 faiz səs toplayaraq Moldovanın yeni prezidenti olub. Noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Moldovanın yeni prezidentini təbrik edib.
455 dəfə oxundu