Rusiya “Açıq Səma Müqaviləsi”ndən çıxır

Rusiya “Açıq Səma Müqaviləsi”ndən çıxır

Rusiya “Açıq Səma Müqaviləsi”ndən çıxır. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“2020-ci il noyabrın 22-də ABŞ uydurulmuş bəhanə ilə Açıq Səma Müqaviləsindən çıxıb. Bununla da, Müqavilədə olan iştirakçı dövlətlərin maraqlarının tarazlığı, Müqavilənin etimadın və təhlükəsizliyin möhkəmləndirilməsində vasitə kimi rolu pozulub.

Müqavilənin yeni şərtlər altında işləməsinə imkan verməyən maneələrin aradan qaldırılması istiqamətində irəliləyiş olmadığı üçün Rusiya Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının Açıq Səma Müqaviləsindən çıxması ilə bağlı daxili prosedurların başlandığını elan etmək səlahiyyətinə malikdir. Prosedurlar tamamlanan kimi tərəflərə bu barədə xəbərdarlıq göndəriləcək”, -deyə açıqlamada vurğulanıb.

Qeyd edək ki, “Açıq Səma Müqaviləsi” 1992-ci ildə 24 ölkə arasında soyuq müharibədən sonra Avropada etimadın möhkəmləndirilməsi tədbiri kimi imzalanıb. Hazırda sazişin 34 üzv-dövləti var. Müqavilə iştirakçı-ölkələrə bir-birlərinin silahlı qüvvələri və hərbi fəaliyyətləri haqda açıq informasiya toplamaq icazəsi verir.

ABŞ və Rusiya dəfələrlə bir-birilərini müqavilənin şərtlərini pozmaqda ittiham ediblər. Rusiya XİN sə Vaşinqtonun Moskvanı öhdəlikləri pozmaqda təqsirləndirməklə əslində sənədin icrası ilə bağlı şəxsi problemləri barədə susmaq niyyətində olduğunu açıqlayıb.

Bir müddət əvvəl isə ABŞ-ın hazırkı Prezidenti Donald Tramp ölkəsinin “Açıq Səma Müqaviləsi”ndən çıxacağını bildirib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
498 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...