İspaniyada COVID-19 pik həddə: Xəstəxanalar dolub

İspaniyada COVID-19 pik həddə:

İspaniyanın Əndəlüs, Rioja, Ekstremadura, Kastiliya, Leon kimi muxtar idarələrə tabe olan tibb ocaqlarına yerləşdirilən COVID-19 xəstələrinin sayı epidemiyanın pik həddinin yaşandığı 2020-ci ilin mart-iyun aylarını keçib.

“Anadolu” agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinadla məlumat verir ki, rəsmi qurumlar qurulan səhra xəstəxanaları ilə xəstələrin sıxlığına həll tapmağa çalışırlar.

Bildirilir ki, 17 muxtar idarədən 11-də xəstəxanalardakı reanimasiya şöbələrindəki yataqların 25 faizdən çoxu COVID-19 xəstələrinindir.

İspaniyada son həftələrdə koronavirusa gündəlik yoluxma sayı 35 mindən çoxdur, itkilər 400-ü keçir.

Ölkədə epidemiyaya qarşı 25 oktyabrdan bəri tətbiq olunan tədbirlər xəstəlik və ölüm sayının artması səbəbindən genişləndirilib.

Hökumət iqtisadi səbəblərdən ümumi karantin verilməsinə qarşı çıxır, yerli idarəetmə qurumları ərazilərində mövcud tədbirləri sərtləşdirirlər.

Valensiyada iki nəfərdən artıq toplaşmaq qadağandır.

Yoluxma sayına görə dünya ölkələri arasında yeddinci sırada olan İspaniyada indiyə qədər 2 603 472 nəfərdə koronavirus aşkarlanıb, 55 441 xəstə ölüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
491 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...