Çin peyvəndin də saxtasını çıxartdı

Çin peyvəndin də saxtasını çıxartdı

Çin polisi keçirdiyi xüsusi əməliyyat nəticəsində külli miqdarda saxta koronavirus peyvəndi ələ keçirib.

Bu barədə “RİA Novosti” yerli mətbuata istinadən xəbər verir.

Ümumilikdə üç mindən çox doza saxta preparat aşkar edilib. Satış zəncirləri, həmçinin ampulalara məhlulların doldurulduğu sex aşkarlanaraq ləğv edilib.

Məlumata görə, 80-dən çox adam həbs edilib.

Cinayətkarlar “peyvəndləri” qurbanlara şişirdilmiş qiymətlərlə satıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
510 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...