Ukraynada üç telekanalın yayımı dayandırıldı

Ukraynada üç telekanalın yayımı dayandırıldı

Ukraynada üç telekanalın – “NewsOne”, “ZIK” və “112 Ukrayna”nın yayımı dayandırılıb.

Bu barədə “Anadolu” agentliyi xəbər yayıb.

Bildirilir ki, müvafiq fərmanı ölkə prezidenti Vladimir Zelenski imzalayıb.

Bundan başqa medianın rəhbəri olan deputat Taras Kozaka qarşı da sanksiya irəli sürülüb.

Millət vəkilinə və kanallara qarşı tətbiq olunan sanksiyaların səbəbi, ukraynalı siyasətçi Viktor Medvedçukun keçən ilin oktyabr ayında Rusiya prezidenti ilə görüşünün yayımlanması olub. Həmin vaxt “Sputnik V” peyvəndinin Ukraynaya mümkün çatdırılması müzakirə olunub.

Ukrayna Milli Televiziya və Radio Yayımları Şurası Moskvadan canlı yayımı Ukrayna qanunlarının pozulması kimi qiymətləndirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
483 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...