Baxçalının “Şuşa məktəbi” nəyə hədəflənib?
Şuşa 2022-ci ildə Türk Dünyasının mədəni paytaxtı olacaq...
Professor Gürşad Zorlu
“Habertürk”, Türkiyə, 04 fevral 2021-ci il
Millətləri gələcəyə aparan iki önəmli reallıq var. İlki, əlbəttə, millət olma şüuru və birlikdə yaşama iradəsinin davamlı olmasıdır. Digəri isə həyəcan və ümidləri canlı tutan ideyalardır.
Uzun müddət diqqət edilməsə də, türk millətinin gələcəyində Türk Dünyasının vazkeçilməz bir yerə sahib olması son illərdə yenidən anlaşılmağa başlamışdır. Bu anlayışın konkretləşməsində, heç şübhəsiz, Qarabağ zəfəri önəmli bir yer tutmaqdadır.
İllər boyu Qarabağın yalnız Azərbaycan deyil, bütün Türk Dünyası baxımından bir qırılma meydana gətirəcəyini dilə gətirənlər arasındayam. Nə yaxşı ki, bu gün iqtisadi, siyasi və mədəni əlaqələr kontekstində ciddi bir imkan yaxalanmışdır. Yaxşı idarə edildiyi təqdirdə, 1990-cı illərin sıçrama potensialını yenidən əldə etmək mümkündür.
Lakin bu mübarizənin yekun nəticəsinə nail ola bilmək üçün xüsusilə təhsil və mədəniyyət sahəsindəki fəaliyyətlər sürəti azaldılmadan davam etdirilməlidir. Hətta daha çox iş görülməlidir.
Bu kontekstdə, MHP sədri Dövlət Baxçalının Şuşa şəhərində bir məktəb inşa etmək fikri anlamlıdır, məhz bu hədəfi nişan alır. Doğrusu, bu idealın diqqətə alınmadığı, lağa qoyulduğu günlərdə idealist-millətçi hərəkat “Qarabağ!”, “Şuşa!” demişdir.
Mərhum Alparslan Türkeş də bir mitinqdə “Bu erməni quldur dəstələri Azərbaycanı sahibsiz zənn edirlər. Heç bir şey olmasa, biz buradan Qafqazı aşar, təpələrinə enərik!” dediyi zaman meydanlarda yüksək səslə “Əmr et, axşam namazını orada qılaq!” deyən vətəndaşlarımızı xatırlamaq faydalı olardı.
Həqiqətən də, Şuşa bu coğrafiya baxımından bir başqa önəm kəsb edir. Şuşa mərkəzli Qarabağın yaxın gələcəkdəki bütünləşdirici təsiri özünü yalnız Azərbaycan-Türkiyə əlaqələrində deyil, bütün Qafqazda, Xəzər sahilində göstərəcəkdir. Yəni, çoxyönlü təsirləri olacaqdır. Azərbaycan Prezidenti İlham Əliyevin Şuşaya verdiyi önəm də buradan qaynaqlanmaqdadır.
Ötən ay Türk Şurası heyətilə keçirdiyi görüşdə Şuşa şəhərini ölkənin “mədəni paytaxtı” elan etdiyini ifadə edən Əliyev, şəhərin yalnız Azərbaycanın deyil, bütün bölgənin “mədəni paytaxtı” ola biləcəyini açıqlamışdı. Bu kontekstdə, Türk Şurası tərəfindən də Şuşanın 2022-ci ildə Türk Dünyasının mədəni paytaxtı elan edilməsi təklifi gəlmişdi. Bu təklifin reallaşması burada onlarla beynəlxalq tədbirin keçirilməsi və on minlərlə insanın Şuşanı ziyarət etməsi anlamına gəlir.
Bununla əlaqədar, Ermənistan Elmlər Akademiyası bir açıqlama verərək, ABŞ, Rusiya və Fransanın UNESCO-ya çağırış etməsini və Azərbaycanın Şuşadakı fəaliyyətlərinə qarşı tədbir alınmasını tələb etdi. Halbuki Qarabağa, o cümlədən Şuşaya ermənilər tərəfindən vurulan ziyanın dəyərləndirilməsi üçün UNESCO-ya ilk müraciət edən Azərbaycan olub.
Bu səbəblə, illər boyu o torpaqlarda davam edən istismara yaxınlarda (UNESCO tərəfindən – tərc.) diqqət yetiriləcəkdir…(Tərcümə Strateq.az)
531 dəfə oxundu