Türkiyə kosmik sahədə Azərbaycan və Pakistanla müqavilə imzalayacaq

Türkiyə kosmik sahədə Azərbaycan və Pakistanla müqavilə imzalayacaq
“Kosmik fəaliyyətlərimiz sahəsində Azərbaycan və Pakistanla müqavilələrimiz hazırdır, imzalanma mərhələsinə gəldik”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin sənaye və texnologiyalar naziri Mustafa Varank “Anadolu” agentliyinə deyib.

Nazir deyib ki, Türkiyə kosmik fəaliyyətlərlə əlaqədar üç ölkə ilə müqavilə imzalanıb.

Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin 10 milli kosmik proqramını açıqlayıb və Türkiyə Kosmik Agentliyinin (TUA) fəaliyyəti haqqında məlumat verilib. Tədbirdə Türkiyə Prezidenti Türkiyənin 2023-cü ilə qədər Aya enmək və Türkiyə vətəndaşı olan kosmonavtın hazırlanması planlarının olduğunu bildirib.

Türkiyə Prezidenti əl Fərqani, əl-Sufi, əl-Biruni, əl-Cəzirə kimi şərq astronomlarının adını çəkərək “kosmonavt” sözünün türk dilində qarşılığının tapılmasını da arzulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
462 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...