Gürcüstanda mədənçilər tətil elan edib

Gürcüstanda mədənçilər tətil elan edib
Gürcüstanın Tkibuli şəhərində “Dzidziquri” adına mədənin işçiləri tətil keçirirlər.

“Report”un yerli bürosu xəbər verir ki, 11 mədənçi bir sutkadır mədəndən çıxmaqdan imtina edir.

Onlar bu cür etiraz formasına əməkaqlarının artırılması ilə bağlı tələbin yerinə yetirilməməsindən sonra əl atıblar.

Hazırda bir qrup mədənçi həmkarlarına həmrəylik aksiyası keçirir.

Gürcüstanın Həmkarlar İttifaqından bildirilib ki, hər mədənçiyə gün ərzində 45 lari ödənilir ki, bu da qəbuledilməzdir. Təşkilat maaşların artırılmasının zəruri olduğunu qeyd edib.

“Saxnaxşiri” (“Gürcü kömürü”) şirkəti mədənçilərin etirazı ilə bağlı bəyanat yayıb. Bildirilib ki, aksiya təhlükəsizlik qaydalarının kobud şəkildə pozulmasıdır və fövqəladə vəziyyətlə nəticələnə bilər. Sənəddə vurğulanıb ki, mədənçilər ötən ay üzrə hasilat planını yerinə yetirmədiklərinə görə maaşlarına əlavələr köçürülməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
485 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...