Soydaşlarımız Gürcüstan parlamentini Xocalı soyqırımını tanımağa çağırıb
Gürcüstanda yaşayan azərbaycanlı icması ölkə parlamentini 29 il öncə ermənilər tərəfindən törədilən Xocalı soyqırımına siyasi-hüquqi qiymət verməyə çağırıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, 55 təşkilat və ictimai xadimin imzaladığı birgə bəyanat Gürcüstan Prezidenti Salome Zurabişviliyə, Baş nazir Giorgi Qaxariaya, parlament sədri Arçil Talakvadzeyə, Xarici İşlər Nazirliyinə, Ombudsman Aparatına və digər qurumlara, Amerika və Avropanın Gürcüstanda akkreditə olunmuş diplomatik nümayəndəliklərinə ünvanlanıb.
Xocalı soyqırımı barədə ətraflı məlumatın verildiyi bəyanatda bildirilib ki, indiyədək dünyanın bir sıra ölkələri bu dəhşətli faciənin soyqırım kimi tanınması ilə bağlı müvafiq qətnamələr qəbul edib.
Azərbaycan əsilli vətəndaşların ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak etdiyini, onun inkişafına var qüvvələrilə xidmət göstərdiklərini xatırladan soydaşlarımız Gürcüstan parlamentini bu qəddar çinayətə səssiz qalmamağa səsləyib:
"Əminik ki, rahat və firavan dünya naminə günahsız insanların - mülki əhalinin ölümünə səssiz qalmayacaqsınız və Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilməsi üçün müvafiq addımlar atacaqsınız".
Bəyanat müəllifləri XX əsrdə baş vermiş bu qanlı hadisəyə obyektiv münasibətin yeni cinayətlərin qarşısını alacağına inandıqlarını bildiriblər: "Biz artıq "Terrora yox!" şüarı ilə deyil, "Dünyada sülh və barış!" çağırışı ilə tədbirlər keçirilməsini istəyirik. Bütün dünyanı bu qaranlıqdan işığa doğru səsləyirik. Məqsədimiz odur ki, sülhə xidmət yolunda hər kəs birgə yürüş etsin".
728 dəfə oxundu