Moskvada 65 ildən sonra ən soyuq hava gözlənilir

Moskvada 65 ildən sonra ən soyuq hava gözlənilir
Fevralın 23-də Moskvada mənfi 27 dərəcə temperatur gözlənilir.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu “Fobos” Hava Mərkəzinin mütəxəssisi Yevgeniy Tişkovets bildirib.

Bu, son 65 il ərzində qeydə alınan ən güclü şaxta olacaq.

Fevralın 23-də Moskvada gecə temperatur mənfi 25-27 dərəcəyə, Moskva vilayətində mənfi 25-30 dərəcəyə, şərq bölgələrində mənfi 33 dərəcəyə enəcək. Bu, uzun illər fevral ayında qeydə alınan temperaturdan 13-15 dərəcə aşağıdır.

Sonuncu dəfə Moskvada belə güclü şaxta 1956-cı ildə qeydə alınıb. Həmin vaxt 27,1 dərəcə mənfi temperatur olub. Moskvada bu sahədə rekord isə mənfi 30,5 dərəcə ilə 1945-ci ildə qeydə alınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
887 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...