AFFA Ukraynadan daha bir futbolçunu milliləşdirir

AFFA Ukraynadan daha bir futbolçunu milliləşdirir
Ukraynanın “Mariupol” klubunun yarımmüdafiəçisi Eldar Quliyev Azərbaycan millisinə çağırıla bilər.

Apasport.az xəbər verir ki, bu barədə meta-ratings.com.ua saytı məlumat yayıb.

Bildirilib ki, AFFA əslən azərbaycanlı olan Quliyevi gənclərdən ibarət yığmaya çağırılması üçün milliləşdirmək niyyətindədir. Assosiasiya bununla bağlı 18 yaşlı oyunçuya dəvət göndərib və futbolçu fikirləşmək üçün vaxt istəyib.

Qeyd edək ki, AFFA Ukraynanın digər klubu “Minay”ın futbolçuları Anatoli Nuriyev və Rüstəm Əhmədzadəni milliləşdirməyə çox yaxındır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
887 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...