“Cavab zərbəsi endirməyə hazırıq” - Pentaqon rəhbəri xəbərdarlıq etdi

 “Cavab zərbəsi endirməyə hazırıq” -
ABŞ-ın Müdafiə naziri Lloyd Ostin ehtiyac olacağı halda Vaşinqtonun İraqdakı bazaya hücum etmiş döyüşçülərə cavab zərbəsi endirməyə hazır olduğunu açıqlayıb.

Bu barədə ABC məlumat yayıb.

L.Ostin bildirib ki, ABŞ hərbçilərinə hücumların araşdırılması davam edir. Bundan əlavə ABŞ “simmetrik cavab” vermək hüququnu da özündə saxlayır.

Xatırladaq ki, martın əvvəlində İraqın qərbindəki Ayn-əl-Əsəd aviabazası hücuma məruz qalıb. ABŞ tərəfinin məlumatına görə, hücum zamanı hərbi qulluqçulardan heç kim zərər görməyib, lakin bir mülki şəxs həlak olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
733 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...