Rusiyada məhkumlar Arktikanın təmizlənməsinə cəlb ediləcək

Rusiyada məhkumlar Arktikanın təmizlənməsinə cəlb ediləcək
“Rusiyada məhkumlar Arktika ərazisinin tullantılardan təmizlənməsinə cəlb edilə bilər”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Federal Penitensiar Xidmətin direktoru Aleksandr Kalaşnikov 2020-ci ilin yekunlarına həsr olunan kollegiya iclasındakı çıxışında bildirib.

“Federal Penitensiar Xidməti Arktikanın Rusiya hissəsini tullantılardan təmizlənməsi işinə məhkumların cəlb edilməsi məsələsini nəzərdən keçirir. Krasnoyarsk diyarı və Norilsk şəhərinin administrasiyasının rəhbərliyi ilə artıq razılıq əldə olunub”, - o deyib.

O, Arktika zonasında yerləşən müəssisələrin rəhbərlərindən bu istiqamətdə fəaliyyətlərini davam etdirməyi istəyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 401 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...