Gürcüstanda komendant saatının ləğvi gözlənilir

Gürcüstanda komendant saatının ləğvi gözlənilir

Gürcüstanda tətbiq olunan komendant saatının aradan qaldırılacağı istisna edilmir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, hərəkətə qoyulan qadağa ya tam ləğv olunacaq, ya da müddəti qısaldılacaq.

Baş epidemioloq məsələnin Dövlət Qurumlarıarası Koordinasiya Şurasının iclasında müzakirə olunacağını deyib.

Qeyd edək ki, pandemiya səbəbindən qonşu ölkədə ötən ilin noyabrından etibarən saat 21:00-dan saat 05:00-dək piyadalar və nəqliyyat vasitələrinin hərəkətinə icazə verilmir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
739 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...