Paşinyan yeni baş qərargah rəisinin təyinatını təsdiqlədi

Paşinyan yeni baş qərargah rəisinin təyinatını təsdiqlədi

Artak Davtyan Ermənistan silahlı qüvvələrinin baş qərargahının rəisi təyin edilib.

“İnterfaks”ın məlumatına görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.

O bildirib ki, prezidentin baş nazir tərəfindən təqdim edilmiş təyinat haqqında fərman layihəsini imzalamadığını və Konstitusiya məhkəməsinə müraciət etmədiyini nəzərə alaraq, Artak Davtyan qanunla bu vəzifəyə seçilmiş sayılır.

Xatırladaq ki, martın 18-də vəkili Artur Ovannisyan Ermənistan İnzibati Məhkəməsi tərəfindən Onik Qasparyanın şikayətinin təmin olunduğunu və baş qərargah rəisi kimi səlahiyyətlərinin icrasını davam etdirəcəyini demişdi.

Baş nazirin ofisindən isə bildirilmişdi ki, Qasparyanın məhkəmə tərəfindən şikayətinin təmin olunması onun vəzifədə qalmasını təmin etmir, çünki istefa proseduru ölkə konstitusiyası ilə tənzimlənir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
844 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...