Ölkəsinə qayıdan alman deputat təyyarədə öldü

Ölkəsinə qayıdan alman deputat təyyarədə öldü

Alman parlamentinin deputatı Karin Ştrents Kubadan Almaniyaya səfər edərkən təyyarədə vəfat edib.

“Qafqazinfo” “Deutche Welle”yə istinadən xəbər verir ki, bu barədə onun həmkarı Laut Reberqin məlumat verib.

Millət vəkilinin sözlərinə görə, Ştrents uçuş zamanı huşunu itirib və təyyarə Dublin şəhərinə təcili eniş etməli olub. O, xəstəxanaya yerləşdirilsə də, həkimlər 53 yaşlı deputatın həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, Karin Ştrents hakim Xristian Demokratik Birlik partiyasının üzvü olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
928 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...