Rusiyada koronavirusun 20-dən çox variantı aşkarlanıb

Rusiyada koronavirusun 20-dən çox variantı aşkarlanıb

“Rusiyada Böyük Britaniyada aşkar edilən və daha yüksək yoluxdurma imkanına malik koronavirusun VOC 202012/01 ştammına 50-dən çox yoluxma halı aşkar edilib”.

“Report”un məlumatına görə, bunu “Vektor” mərkəzinin baş direktoru Rinat Maksyutov bildirib.

O, qeyd edib ki, ölkə ərazisində Cənubi Afrika Respublikasında aşkar edilmiş 501y.V2 ştammına üç yoluxma və dərindən araşdırma tələb edən virusun 20-dən çox unikal variantı aşkar edilib.

Qeyd edək ki, koronavirusun VOC-202012/01 növü ötən ilin sentyabr ayında Böyük Britaniyada ortaya çıxıb. Cənubi Afrika Respublikasında 501y. V2 ştammı ötən ilin avqust ayının əvvəlindən mövcuddur, Braziliya və Yaponiyada isə P. 1 ştammı 2020-ci ilin dekabr ayından yoluxanlar arasında qeydə alınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
871 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...