Britaniyada pandemiyanın üçüncü dalğası başlaya bilər

Britaniyada pandemiyanın üçüncü dalğası başlaya bilər
Avropada yeni növ koronavirus infeksiyasının üçüncü dalğa təhlükəsi Böyük Britaniya sahillərini də “yuya bilər”.

“Report” “BBC”yə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Boris Conson bəyan edib.

Baş nazir bildirib ki, ölkəsi köhnə qitədəki yoluxma sayının artmasına hazır olmalıdır.

B. Conson müvafiq açıqlamasını Avropa İttifaqı (Aİ) komissiyasının sədri Ursula fon der Lyayenin Avropada istehsal edilən “AstraZeneca” peyvəndinin İngiltərəyə ixracının qadağan olunacağı barədə xəbərdarlığından sonra verib.

BBC-nin verdiyi məlumata görə, Boris Conson ötən şənbə günü (20 mart – Red) Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makron ilə telefonla danışıqlar aparıb. Danışıqlarda Avropa Komissiyası rəhbərinin xəbərdarlığı müzakirə edilib.

“Son aylarda aparılan danışıqların nəticələrindən əminəm ki, Avropa Birliyindəki tərəfdaşlarımız blokada yaratmaq istəmirlər”-deyə, Conson bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
890 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...