İlham Əliyev: “Naxçıvana aparan dəhliz İranı Ermənistandan ayırmayacaq” – VİDEO

İlham Əliyev: “Naxçıvana aparan dəhliz İranı Ermənistandan ayırmayacaq” –

“Qonşu ölkələrlə münasibətlər uğurla inkişaf edir. Çox detallara varmaq istəmirəm. Amma əsas etibarı ilə qonşu dövlətlərin davranış və fəaliyyətindən məmnunuq”.

Bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransdakı çıxışı zamanı deyib.

O bildirib ki, biz mühairbənin əvvəlindən sonunadək güclü siyasi və mənəvi dəstək verən qardaş ölkə Türkiyəyə çox minnətdarıq.

“Digər üç qonşuya gəldikdə isə, əsas hədəf onların neytral olması idi və bu baş verdi”,-deyə İlham Əliyev əlavə edib.

Prezident qeyd edib ki, Naxçıvana aparan dəhliz İranı Ermənistandan ayırmayacaq və heç kimin maraqlarına ziyan vurmayacaq.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
698 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...