Aleksey Navalnı aclıq aksiyasını dayandırıb

Aleksey Navalnı aclıq aksiyasını dayandırıb

Hazırda Vladimir vilayətində cəzaçəkmə müəssisəsinin xəstəxanasında saxlanılan Rusiya müxalifətinin lideri Aleksey Navalnı aclıq aksiyasını dayandırıb.

“Report” BBC-yə istinadən xəbər verir ki, o, məsələ ilə bağlı müraciət yayıb.

“Aclıqdan çıxmağa başlayıram”, - müxalifət lideri bildirib.

Qeyd edək ki, A.Navalnı həkimlərin onu müayinə etməsi tələbi ilə martın 31-dən aclığa başlamışdı. Bir müddət əvvəl müalicə həkimləri A.Navalnını aksiyanı dayandırmağa çağırmışdırlar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 324 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...