Azərbaycanlını Ukraynada qətlə yetirən şəxsin kimliyi müəyyənləşib - FOTO/VİDEO
Polis əməkdaşları Dneprdə (Ukrayna) azərbaycanlı iş adamı Anar Məmmədovu öldürən qatilin şəxsiyyətini müəyyənləşdiriblər.
Bu barədə “Vidkritiy” məlumat verir.
“Polis əməkdaşları qatilin şəxsiyyətini müəyyənləşdirməyə müvəffəq olublar. Bu şəxsin Yusif (1993-cü il təvəllüdlü) adlı Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyənləşib. Hazırda o, axtarışda olanların siyahısındasır”, - deyə hüquq mühafizə orqanından bildirilib.
Bundan əlavə, Zaporojyada baş verən qətl hadisəsi ilə bağlı ibtidai istintaq zamanı polis üç Azərbaycan vətəndaşını saxlayıb. Axtarış zamanı onlardan rezin güllələr üçün tapança, kiçik çaplı əldəqayırma tapança, F-1 qumbarasının korpusu və 30 mərmi müsadirə edilib.
Hüquq-mühafizə orqanları həbs olunanların Dneprdə rezonans doğuran qətllə də əlaqəli ola biləcəyini istisna etmir.
Xatırladaq ki, aprelin 24-də təqribən 15:00-da “Artist” restoranının yaxınlığında maskalı bir şəxs avtomobildə oturan A.Məmmədovu odlu silahla vurub. Cinayətdən bir müddət sonra, şübhəli şəxs Şevçenko Parkında müşahidə kamerasına düşüb. Bunun sayəsində onun kimliyi müəyyənləşib.
869 dəfə oxundu