Ermənistanda silahlı insident: rəhbər şəxsləri güllələdilər

Ermənistanda silahlı insident:

Ermənistanda silahlı insident olub. Hadisə gecə saatlarında baş verib. Azvision.az xəbər verir ki, "Erebuni" tibb mərkəzindən polis bölməsinə üç nəfərin güllə yarası, bir nəfərin isə bıçaq xəsarəti alması barədə məlumat daxil olub.

Xəsarət alan şəxslər xəstəxanaya qəbiristanlığın yaxınlığından gətirilib.

Hadisə ilə əlaqədar tibb mərkəzinə xeyli sayda müstəntiq və polis əməkdaşı gəlib. İrəvanın polis rəisi Sevan Koçaryan da "Erebuni"də olub.

Erməni KİV-lərinin yaydığı məlumata görə, güllələnən şəxslər arasında Şenqavit və Malatiya inzibati bölgələrinin rəhbərləri də var. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində avtomat, tapança, gilizlər və qan izləri aşkarlayıb.

Silahlı insidentin detalları hələlik məlum deyil.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 418 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...