Paşinyan Serj Sarkisyanla bağlı qalmaqallı açıqlama yaydı

Paşinyan Serj Sarkisyanla bağlı qalmaqallı açıqlama yaydı

Ermənistanın müvəqqəti baş naziri Nikol Paşinyan Ermənistanın sabiq prezidenti Serj Sarkisyanla bağlı qalmaqallı açıqlama yayıb.
Yeniavaz.com Ermənistan mətbuatına istinadla xəbər verir ki, Paşinyan parlamentdə çıxışı zamanı, onu tənqid edən Sarkisyana cavab verib. Paşinyan bildirib ki, Sarkisyan hakimiyyətdə olduğu vaxt daha çox torpaq təklif edib ancaq, Azərbaycan qəbul etməyib: “Sarkisyan Azərbaycanın həmişə yeni tələblər irəli sürdüyünü iddia edir. Ancaq, mən sizə yeni məlumat verəcəm, Sarkisyan 7 rayondan başqa Qarabağın (separatçıların olduğu bölgəni nəzərdə tutur) da yarısını təklif etdi ancaq, Azərbaycan bunu qəbul etmədi”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 561 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...