Kim Çen In peyvənd və dərmanı qadağan etdi

Kim Çen In peyvənd və dərmanı qadağan etdi


KXDR lideri Kim Çen In paytaxt Pxenyandakı xəstəxanalarda Çin tərəfindən istehsal edilən dərmanların və yeni tip koronavirusa qarşı peyvəndlərin istifadəsini yasaqlayıb. Qərar Şimali Koreyada yüksək vəzifəli şəxsin Çin istehsalı olan dərmanı istifadə edərək ölməsindən sonra verilib.

Bu barədə “Haber Global” xəbər yayıb.

Qeyd edək ki, Pxenyan hökuməti Ümumdünya Səhiyyə Təşkilatına göndərdiyi son hesabatında ölkəsində koronavirusa yoluxanın olmadığını bildirmişdi. Məlumata görə, pandemiya başlayan gündən cari ilin aprelin 1-nə kimi 23 121 nəfər testdən keçib və bütün nəticələr neqativ olub.

KXDR lideri Kim Çen Inın koronavirusa qarşı tədbir kimi ölkəsinin Çin ilə olan sərhədinə 1 km-dən yaxın gələni vurma əmrini verdiyi də bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 000 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...