Azərbaycanlı hakim Türkiyənin oyununa təyinat aldı

Azərbaycanlı hakim Türkiyənin oyununa təyinat aldı
FIFA referisi Əliyar Ağayev növbəti beynəlxalq oyuna təyinat alıb.

AFFA-nın saytına istinadən xəbər verir ki, Türkiyə və Qvineya milli komandaları arasında keçiriləcək beynəlxalq yoldaşlıq oyununun baş hakimi Əliyar Ağayev olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, görüş mayın 31-də Türkiyənin Antalya şəhərində keçiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 318 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...