Türkiyədə Ermənistandan idarə olunan şəbəkə aşkarlandı

Türkiyədə Ermənistandan idarə olunan şəbəkə aşkarlandı

“Türkiyənin Mersin əyaləti Polis İdarəsinin Kiber cinayətlərə qarşı mübarizə şöbəsinin 18 əyalətdə qanunsuz yolla qumar oynayanlara qarşı keçirdiyi əməliyyat nəticəsində 86 şübhəli tutulub”.

“TRT Haber” xəbər verir ki, Türkiyənin Mersin əyaləti Polis İdarəsinin Kiber cinayətlərə qarşı mübarizə şöbəsinin yaydığı yazılı açıqlamada belə deyilir.

Məlumata görə, bu şəbəkənin 65 milyon lirəlik (7 551 471 dollar) rəqəmsal valyuta platformalarında 190 milyon ( 22 073 530 dollar) lirə pul kütləsini idarə etdiyi müəyyən olunub.

Ermənistandan internet saytı quran şübhəlilər 273 nəfərin adına rəqəmsal valyuta hesabı açıblar. Onların Ermənistandan qanunsuz mərc, şans və qumar oyunları oynatdıqları təsbit edilib.

Polis Mersin, Antalya, Aydın, Batman, Bolu, Bursa, Denizli, Gaziantep, Giresun, İstanbul, Kayseri, Kırklareli, Kocaeli, Manisa, Muğla, Şanlıurfa, Tekirdağ və Zonquldağda eyni vaxtda keçirdiyi əməliyyat nəticəsində 86 nəfər tutulub.

Şübhəlilərin yaşadıqları ünvanlardan mərc oyunlarının gündəlik, həftəlik və aylıq mühasibat qeydləri, qazanc cədvəlləri, 31 ədəd cib telefonu, 8 kompüter, cinayət nəticəsində əldə edilən 23 635 lirə aşkarlanaraq götürülüb.

Daha 31 şahidin tutulması üçün fəaliyyət göstərilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
854 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...