Rusiya XİN minalanmış ərazilər haqda məlumat mübadiləsinə dair çağırış edib
“Rusiya baş vermiş faciəyə ilk reaksiya verən ölkələrdəndir”.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova ənənəvi brifinqində Azərbaycanın media mənsublarının Kəlbəcərdə minaya düşərək həlak olmasına münasibət bildirərkən deyib.
O bildirib ki, Rusiyanın Azərbaycandakı Səfirliyi tərəfindən Kəlbəcər rayonunda mina partlaması nəticəsində həlak olan media nümayəndələrinin doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verilib.
“Ərazilərin minalardan təmizlənməsi hər bir silahlı münaqişənin ən təhlükəli və nəticələri çətin aradan qaldırıla bilən problemdir. Rusiya Dağlıq Qarabağ və ətraf rayonların münaqişədən sonrakı minadan təmizlənmə prosesinə əhəmiyyətli töhfə verir. Ötən ilin 23 noyabrından Rusiya sülhməramlı kontingentinin səyləri ilə 26 min partlayıcı predmet aşkar edilib və 2 min hektardan çox ərazi təmizlənib. Analoji tədbir Rusiya FHN-in vasitəsi ilə də aparılır. Bu ilin yanvarın 4-də Azərbaycan tərəfi ilə razılaşdırılaraq Rusiya tərəfindən Ağdam rayonunda 1550 hektar ərazini təmizlənib və 18 min partlayıcı predmet zərərsizləşdirilib. Bakı və İrəvanla yüksək və ali səviyyələrdə müntəzəm təmaslarımızda minalanmış ərazilər haqqında məlumatların mübadiləsi daxil olmaqla minadan təmizlənmə məsələsində əməkdaşlıq qurulmasına çağırış edirik. Bu məsələ Rusiya XİN başçısı Sergey Lavrovun may ayında İrəvan və Bakıya səfərlərində də müzakirə olunub. Biz bu prosesin tezləşdirilməsinə ümid edirik. Biz ardıcıl olaraq humanitar məsələlərin, hərbi əsir və saxlanılan şəxslərin qaytarılması və digər mövcud problemlərin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarına uyğun olaraq ciddi şəkildə həll olunmasının, bütün bunların maksimal dərəcədə operativ və hansısa şərt irəli sürmədən həyata keçirilməsinin tərəfdarıyıq”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.
1 162 dəfə oxundu