“Taliban” Əfqanıstana nəzarəti ələ keçirir, prezident ABŞ-a gedir

“Taliban” Əfqanıstana nəzarəti ələ keçirir, prezident ABŞ-a gedir
Əfqanıstan Prezidenti Əşrəf Qəni yaxın günlərdə ABŞ-a gedəcək.

“Report” xəbər verir ki, məlumatı “TRTHaber” yayıb.

Dövlət başçısı Vaşinqtona hökumət qüvvələri ilə “Taliban” silahlıları arasında döyüşlərin şiddətləndiyi, ABŞ hərbçilərinin 50 faizinin Əfqansıtandan çıxdığı bir şəraitdə səfər edəcək.

BMT baş katibinin Əfqanıstan üzrə xüsusi təmsilçisi Debora Lions deyib ki, “Taliban” silahlıları sülh anlaşmasındakı öhdəlikləri yerinə yetirmir: “Xarici qoşunların Əfqanıstandan çıxdığını elan etməsi ölkədə çox böyük sarsıntıya səbəb olub”.

ABŞ-ın Mərkəzi Qoşunlar Komandanlığı bildirib ki, 6 hərbi obyekti Əfqanıstan ordusuna təhvil veriblər.

Bildirilib ki, son 2 ayda ölkənin 30-dan artıq rayonu “Taliban”ın nəzarətinə keçib. Əfqanıstanın 407 rayonundan 250-də isə hökumət qüvvələri ilə “talib”lər arasında atışma davam edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
778 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...