Daha 110 Azərbaycan vətəndaşı Rusiyadan ölkəyə qayıdıb

Daha 110 Azərbaycan vətəndaşı Rusiyadan ölkəyə qayıdıb
Daha 110 Azərbaycan vətəndaşı Rusiyadan quru sərhədi ilə ölkəyə qayıdıb.

APA-nın Moskva müxbirinin TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Dağıstan Respublikasının milli siyasət və dini işlər üzrə nazirinin birinci müavini Harun Davudov bildirib.

Onun sözlərinə görə, 110 Azərbaycan vətəndaşı Dağıstanın Məhərrəmkənd rayonunda yerləşən “Yaraq-Kazmalar” beynəlxalq gömrük buraxılış məntəqəsindən keçməklə Azərbaycana göndərilib.

H. Davudov daha 500-dən çox Azərbaycan vətəndaşının ölkələrinə qayıtmaq üçün gözlədiyini vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 462 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...